1 may 2015 00:20
Lans Bakının futbolçusunu istəyir
"Bakı"nın yarımmüdafiəçisi Ülvi Süleymanov yayda Fransanın "Lans" klubuna keçə bilər. Azerisport.az xəbər verir ki, bu barədə yekun qərar bir ay sonra, mövsümün sonunda bəlli olacaq.
Lakin onunla Fransa klubu ilə yanaşı, Türkiyə təmsilçiləri, eləcə də Azərbaycan Premyer Liqasının bəzi komandaları da maraqlanır. Əldə etdiyimiz məlumata görə, Süleymanovu "Qarabağ", "Neftçi" və "Sumqayıt" istəyir.
