1 may 2015 00:00
Neftçala darmadağınla qalib gəldi
Futbol üzrə Azərbaycan 1-ci divizionunda 26-cı tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə baş tutan 4 görüşdə aşağıdakı nəticələr qeydə alınıb.
1-ci divizion
26-cı tur
30 aprel
MOİK - “Neftçala” - 1:4
Qollar: Röyal Nəcəfov, 23 - Habil Nurəhmədov, 50. Məhəmməd Alıyev, 59; 65. Məhəmməd Bədəlbəyli, 83.
“Şuşa Qarabağ” - “Qaradağ Lökbatan” - 1:1
Qollar: Xəzər Qəribov, 66 - İlham Allahverdiyev, 81.
“Şəmkir” - “Kəpəz” - 1:0
Qol: Qeyrət Qənbərov, 21-pen.
“Mil-Muğan” - “Energetik” - 3:1
Qollar: Samir Babayev, 32-pen.; 82; 90+1 - Röyal Şirinov, 63.
