1 may 2015 00:10

Topaz Premyer Liqasında 32-ci tur həyəcanı

Bu həftə Topaz Premyer Liqasında 32-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, iki gün davam edəcək turda AZAL istirahət edəcək.

Turun açılış oyunu Zaqatalada baş tutacaq. Burada yerli “Simurq” “İnter”i qəbul edəcək. Bu komandalar arasındakı duellərdə bakılıların daha böyük üstünlüyü var. Bu komanda əvvəlki 23 oyundan 16-da qələbə qazanan tərəf olub. "Simurq" cəmi 3 dəfə qələbə qazandığı halda, qalan 4 görüşdə də qalib müəyyənləşməyib. Paytaxt təmsilçisi top fərqində də böyük üstünlüyə malikdir - 35:13. “Simurq” son 6 qarşılaşmada rəqibinə qalib gəlməyib. Bakılılar səfərdəki görüşlərdə ardıcıl 3 matçdır xal qazanır. Zaqatala klubu evdəki 11 matçda cəmi 2 qələbə qazanıb. Bu mövsüm baş tutan oyunlardan da ikisi heç-heçə bitib - 0:0, 1:1. Bakıda keçirilən son oyunda isə meydan sahibləri 2:1 hesablı qələbəyə seviniblər. "Qarabağ"ın vaxtından öncə çempion olmaması üçün "İnter"in bu görüşdə də qələbə qazanması lazımdır. "Simurq" isə son məğlubiyyətləri unutdurmaq üçün uğur əldə etməyə çalışacaq.

İlk oyun gününün digər görüşündə “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. Tərəflərin indiyə qədər keçirilmiş 11 oyununda 7 dəfə bakılılar 3 xalı bayram ediblər. Sumqayıtlılar 3 dəfə eyni uğura imza atdıqları halda cəmi 1 qarşılaşmada heç-heçə qeydə alınıb. Top fərqi də bakılıların xeyrinədir - 25:12. Cari mövsümdə hər 3 oyunda qalib gələn “Neftçi” 4 matçdır meydanı qolsuz tərk etmir. Səfərdəki hər iki görüşdə 1:0 hesabıyla üstün olan "ağ-qaralar" doğma meydanda da 3:2 qalib gəliblər. Paytaxtdakı son iki oyunda komandaların heç biri qapısını toxunulmaz saxlaya bilməyib. Bu dəfə necə olacağı maraqla gözlənilir.

İkinci oyun günündə öncə autsayder “Bakı” öz meydanında “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirəcək. Bu klubların əvvəllər keçirilmiş 31 oyunda eyni sayda (9 dəfə) qələbə qazandığını görürük. Qalan 13 qarşılaşmada isə bərabərlik qeydə alınıb. Cənublular yalnız top fərqində cüzi üstünlüyə malikdilər - 34:30. Qalib gələn komanda rəqibi üzərində yubiley – 10-cu qələbəsini qazanacaq. “Xəzər Lənkəran” 4 oyundur rəqibinə uduzmur. Amma bakılılar da son 9 ev oyunundan xalsız ayrılmayıb. Cənubluların son səfər qələbəsi təxminən 5 il yarım əvvələ təsadüf edib. Bu mövsüm baş tutan görüşlərə gəlincə, "Xəzər Lənkəran" öz meydanında keçirilmiş hər iki oyundan qalib ayrılıb - 4:0, 2:1. Bakıda baş tutan ilk görüşdə isə qapılara qol vurulmayıb - 0:0.

Nəhayət, turun qapanış və mərkəzi oyununda son dövrlər özündən ən çox söz etdirən “Qəbələ” ilə lider “Qarabağ” üz-üzə gələcək. Tərəflər indiyə qədər 27 dəfə qarşılaşıblar. Bu oyunlardan 13-də qələbəni Ağdam klubu qeyd edib. Qəbələlilər 7 dəfə oxşar uğura imza atdıqları halda, daha 7 görüşdə də heç-heçə qeydə alınıb. Top fərqində də "Qarabağ"ın üstün olduğunu görürük - 36:24. Əyalət klubları 9 oyundur heç-heçə etmir. Son iki qarşılaşmada “Qəbələ” qalib gəlib. “Qarabağ” son 5 səfər oyununda qol sevinci yaşayıb. Bu mövsüm baş tutan görüşlərə gəlincə, "Qarabağ" yalnız ilk dövrədə 2:0 hesabıyla üstün olub. Son iki oyunda isə "Qəbələ" öncə öz meydanında 2:1, səfərdə də 1:0 hesablı qələbəyə sevinib. Ağdam klubu əsas izləyicisi "İnter"in məğlubiyyəti halında qalib gələrək çempionluğunu rəsmiləşdirə bilər. Amma 8 oyundur ardıcıl qələbə qazanan "Qəbələ"ni səfərdə məğlub etmək Qurban Qurbanovun komandası üçün asan olmayacaq.

Topaz Premyer Liqası
32-ci tur

1 may

17:00. “Simurq” – “İnter”
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Vüsal Qənbərov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Səfər Haşımov.
Zaqatala şəhər stadionu.

20:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Kamran Bayramov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “Bakcell Arena”.

2 may (şənbə)

17:00. “Bakı” – “Xəzər Lənkəran”
Hakimlər: Ömər Paşayev, Elman Musayev, İsgəndər Əliyev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Kərim Ağayev.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

19:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Zeynal Zeynalov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Qəbələ şəhər stadionu.
 

1Qarabağ28196347-2463
2İnter271411244-1353
3Neftçi28137835-2646
4Qəbələ28137839-3346
5Simurq281051335-3135
6AZAL28881229-4032
7Xəzər Lənkəran27761432-4127
8Sumqayıt27591325-3724
9Bakı27271817-5813
10Araz Naxçıvan00000-00

Bombardirlər:
13
- Nurlan Novruzov ("Bakı").
12 - Draqan Çeran ("Simurq").
10 - Cavid Hüseynov ("Qəbələ"), Nikolas Kanales ("Neftçi").
9 - Reynaldo Silva ("Qarabağ"), Məhəmməd Qurbanov (“Sumqayıt”).
8 - Freddi Mombonqo (AZAL), Mikel Alvaro (“İnter”), Junior Nildo ("İnter").
7 - Rəşad Eyubov ("Simurq").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.