30 aprel 2015 17:30

Səməd Qurbanov: Kuboku Neftçi qazanacaq

"Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanovun azerisport.az saytına müsahibəsi

- Artıq bir aydır "Neftçi"də çalışırsınız. İşlər necə gedir?
- Yaxşı. Hər şey tədricən qaydasına düşür. Hiss olunur ki, məşqçilər korpusu və futbolçularda məsuliyyət artıb. Çingiz Abdullayev klubun infrastrukturunu yaxşılaşdırmaq işi üzərində çalışır. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda gələcəkdə baza və meydançalar inşa olunacaq. Şərait digər klublardakından da yaxşı olmalıdır. "Neftçi" kimi klubun şəraiti başqa cür ola da bilməz.

- Son vaxtlar klubun strukturunda aparılan dəyişikliklər çoxlu söhbətlərə yol açır. Siz bu rezonansa necə baxırsınız?
- Siz mənə elə bir struktur göstərin ki, ora yeni rəhbərlik gələndən sonra dəyişiklik olmayıb. Bu, normal prosesdir. Biz kluba fayda verə biləcək insanları işə cəlb edirik. Bizim hədəfimiz klubu yeni səviyyəyə qaldırmaqdır. İstəyirik ki, gördüyümüz işlər digər klubları da bizim arxamızca getməyə məcbur etsin.

- Klubun futbolçulara borcu var. Maliyyə problemi nə vaxt həll olunacaq?
- Ötən gün borcların bir hissəsi ödənildi. Maliyyə baxımından problemimiz olmamalıdır. Komanda üzvlərinə təşəkkürümü bildirirəm ki, müvəqqəti çətinliklərə baxmayaraq, hər oyunda meydana çıxıb sonadək mübarizə apardılar. "Neftçi" heç kimə borclu qalmır. Biz pula görə klubun adını batıra bilmərik.

- Araz Abdullayevin "Qarabağ"a keçəcəyi barədə xəbərlər nə dərəcədə doğrudur?
- Araz klubumuzun yetirməsidir və o, komandada qalacaq. Mənə elə gəlir ki, bu futbolçu "Neftçi" üçün yaranıb. Çətin ki, o, doğma klubunu başqa komandaya dəyişsin. Bütövlükdə, hesab edirəm ki, belə futbolçunu komandadan buraxmaq olmaz.

- Kubokun finalında "Qarabağ"a qarşı keçirəcəyiniz oyundan nə gözləyirsiniz?
- Azərbaycan Kubokunu "Neftçi" qazanacaq (gülür). Bütün diqqətimiz məhz həmin oyuna yönəlib. Bu, komandanın əsas hədəfidir. Əlbəttə, Premyer Liqada üçüncü pilləni tutmağa da çalışmalıyıq. Bunu da unutmaq olmaz. Uşaqlar özləri də deyir ki, biz "Qəbələ"nin bürünc medalları əlimizdən almasına imkan verməyəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.