İbrahim Uzunca: Bakı 1-ci divizionda oynamamalıdır
"Bakı"nın baş məşqçisi İbrahim Uzunda Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandadakı bəzi problemlər artıq həll olunub. Oyuna normal qaydada hazırlaşırıq. Hesab edirəm ki, "Bakı"nın indiki heyəti Azərbaycan futboluna böyük fayda verəcək. Komandamın üzvləri az qala hər gün yığmaların heyətinə dəvət alırlar. "Bakı" birinci divizionda oynamamalıdır və oynamayacaq. Mövsümün əvvəlində elitanı bir komananın tərk edəcəyini deyirdilər. Artıq bir komanda çempionatı tərk edib ki, bu da "Araz Naxçıvan"dır. Bizə daha bir komandanın elitanı tərk edəcəyini heç kim deməyib. Belə bir komandanı birinci diviziona göndərmək günahdır".
