30 aprel 2015 15:30
Elbrus Məmmədov: Bakıya 3 xal üçün gedirik
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Bakı"ya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu oyunda da itkisiz ötüşməyəcəyik. İlyas Səfərzadə "Qəbələ" ilə son oyunda zədə alıb və demək olar ki, mövsümü başa vurub. O, hazırda müalicə alır. Əgər müalicə effektli olmasa, əməlliyata ehtiyac duyulacaq. Rasim Ramaldanov, Elvin Mirzəyev və Ağabala Ramazanov sarı vərəqə limitinə görə oyunu buraxmalı olacaq. Çətinliklər var. Amma buna baxmayaraq, Bakıya 3 xal üçün gedirik".
