30 aprel 2015 15:15
Ruslan Qurbanov: Rostovun mənimlə maraqlandığını bilirəm
Azərbaycan yığmasının və Xorvatiyanın "Hayduk" klubunun hücumçusu Ruslan Qurbanov Rusiyanın "Rostov" komandasının onunla maraqlanması barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rostov"un mənimlə maraqlandığını bilirəm. Amma bu barədə konkret bir söz deyə bilmərəm. Mövsüm başa çatdıqdan sonra hər şeyi danışmaq və qərar vermək lazımdır. Təbii ki, Rusiya Premyer Liqasında çıxış edən klubun mənimlə maraqlanmasına görə şadam. Özü də vaxtilə "Rostov"da oynadığıma görə, bu, ikiqat sevinclidir. Azərbaycana da elə həmin klubdan gəlmişdim".
