30 aprel 2015 12:45

Roman Qriqorçuk: Biz nə 4-cü, nə də 3-cü olmaq barədə düşünürük

Azərbaycan kubokunda 2014/15 movsumunun finalcıları muəyyənləşdi. Azerisport.az xəbər verir ki, “Qarabağ” “Simurq”la, “Neftci” isə “İnter”lə yarımfinal duelindən qalib ayrıldı. Ağdam təmsilcisinin evdəki ilk oyunda qazandığı 1:0 hesablı qələbə bu komandanı finala cıxardı. Cunki Zaqataladakı cavab matcında hesab acılmadı. “Neftci” isə səfərdə “İnter”ə 1:2 hesabı ilə uduzsa da, bu, paytaxt klubunun finala cıxmasına mane olmadı. Cunki ilk oyun 2:0 “Neftci”nin qələbəsi ilə nəticələnmişdi.

Kubokun yarımfinal oyunlarının nəticələrı “Qəbələ”nin işinə yaradı. Belə ki, “Simurq”un yarışdan kənarda qalması çempionatda 4-cü yeri tutan komandanın da Avropa Liqasında iştirak edəcəyini dəqiqləşdirdi. Hazırda bu pillədə qərarlaşan “qırmızı-qaralar” xal hesabında “Simurq”dan irəlidədir.

Baş məşqçi Roman Qriqorçuk avrokuboklara vəsiqə hələ rəsmiləşmədiyindən təbrikə lüzum görmür: “Razıyam, yarımfinal oyunlarının nəticələri “Qəbələ”yə psixoloji üstünlük qazandırıb. Belə deyərdim, hazırda üzərimizdə güclü təzyiq yoxdur. Lakin bununla belə, əsas vəzifə qarşıdakı oyunlara qələbə ruhunda köklənməkdir. Şəxsən mən indidən hadisələrin hansı məcrada davam edəcəyini düşünməklə beynimi yormuram. Onu bilirəm ki, gücümüzü buna sərf etməməli, yalnız işləməli və irəli baxmalıyıq. Onda hər şey istədiyimiz kimi olacaq”.

“Qırmızı-qaralar” son səfər oyunlarında qazandığı 6 xaldan sonra ardıcıl 2-ci mövsümdə bürünc medalçı olmaq şansını artırıb. Baş məşqçinin bu məsələyə də baxışı birmənalı deyil: “Biz nə 4-cü, nə də 3-cü olmaq barədə düşünürük. Hazırda bütün diqqətimizi növbəti matça yönəltmişik. Məqsədimiz bundan sonra keçirəcəyimiz 4 oyunun hamısında qalib gəlməkdir”. ("Qəbələ" İK qəzeti)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.