30 aprel 2015 12:00
Topaz Premyer Liqasında 32-ci turun hakimləri
Topaz Premyer Liqasının 32-ci turunun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az sizi həmin təyinatlarla tanış edir.
Topaz Premyer Liqası
32-ci tur
1 may (cümə)
“Simurq” – “İnter”
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Vüsal Qənbərov, İnqilab Məmmədov.
Zaqatala şəhər stadionu, 17:00.
“Neftçi” – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Kamran Bayramov, Ramil Əhmədov.
Bakı. “Bakcell Arena”, 20:00.
2 may (şənbə)
“Bakı” – “Xəzər Lənkəran”
Hakimlər: Ömər Paşayev, Elman Musayev, İsgəndər Əliyev, Ramil Diniyev.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 17:00.
“Qəbələ” – “Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Zeynal Zeynalov, Vüsal Əliyev.
Qəbələ şəhər stadionu, 19:00.
