30 aprel 2015 11:15
Qurbanovun komandası qalib gəldi
Xorvatiya çempionatında 31-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası - "Hayduk" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Lokomotiv"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ruslan bu görüşün iştirakçıları arasında yer almayıb.
Qeyd edək ki, "Hayduk" hazırda 43 xalla 3-cü pillədə qərarlaşıb.
