30 aprel 2015 00:45
Ufuk Budak Bucaspora qarşı 90 dəqiqə oynadı
Türkiyə PTT 1-ci liqasında 30-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Bucaspor"la qarşılaşıb. Qarşılaşma qolsuz başa çatıb. Budaq start heyətdə çıxdığı görüşün sonunadək oynamaq şansı qazanıb.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 40 xalla 10-cu pillədə qərarlaşıb.
