30 aprel 2015 00:35
Vaqif Cavadov üçün 2 dəqiqə
Türkiyə PTT 1-ci liqasında 30-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vaqif Cavadovun komandası - "Boluspor" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Antalyaspor"la qarşılaşıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Cavadov matçın 88-ci dəqiqəsində meydana buraxılbı.
Qeyd edək ki, "Boluspor" hazırda 36 xalla 13-cü pillədə qərarlaşıb.
