30 aprel 2015 00:25
Cəmşid Məhərrəmov oynadı, Kamran Ağayev yox
Türkiyə PTT 1-ci liqasında 30-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun komandası - "Adanaspor" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda digər azərbaycanlı futbolçu Kamran Ağayevin komandası - "Kayserispor"la qarşılaşıb. Qarşılaşma qolsuz başa çatıb. Zədəli olan Ağayevin adı bu görüşün iştirak ərizəsində yer almayıb. Start heyətdə meydana çıxan Cəmşid isə yalnız 90-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Kayserispor" hazırda 62 xalla 1-ci, "Adanaspor" isə 36 xalla 14-cü pillədə qərarlaşıb.
