Ağabala Ramazanov: Həm yerli, həm də xarici klublardan təklif almışam
"Xəzər Lənkəran"ın hücumçusu Ağabala Ramazanovun azerisport.az saytına müsahibəsi
- Bildiyimiz qədərilə, yayda sizin "Xəzər Lənkəran"la müqavilənizin müddəti başa çatır...
- Bəli, elədir.
- Komandanızı dəyişməyə hazırlaşmırsınız?
- Hələ bilmirəm. Çempionatın sonunadək "Xəzər Lənkəran"dayam, ondan sonra necə olacağına baxacağıq. İndi ancaq növbəti oyunlarımızı düşünürəm.
- Rəhbərlik sizə yeni müqavilə təklif etməyib?
- Xeyr. Rəhbərliklə bu barədə heç bir söhbətimiz olmayıb.
- Başqa təkliflər var?
- Bəli, bir neçə təklif var. Özü d həm yerli, həm də xarici klublardan. Amma hələ heç kimlə razılığa gəlməmişəm.
- Son turda "Qəbələ"yə məğlubiyyətinizə nə səbəb oldu?
- "Qəbələ" ilə oyunumuz pis alınmadı. Amma azlıqda qalmağımız oyuna təsir etdi. İkinci hissədə oynamaq daha çətin idi. "Qəbələ" də təsadüfən belə uzun qələbə seriyasına malik deyil. Onlar doğrudan da əla təsir bağışladılar.
- "Bakı" ilə oyundan nə gözləyirsiniz?
- Paytaxta qələbə üçün gedirik. Bizim qarşımızda duran yeganə hədəf mövsümün sonunadək mümkün qədər çox xal toplayıb, turnir cədvəlində üst pillələrdə qərarlaşmaqdır.
