"Neftçinin müşahidə Şurasına məsləhət görərdim ki, kimisə uzaqlaşdırmağa tələsməsinlər"
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek "Neftçi"də Müşahidə Şurasının yaradılması və onun fəaliyyəti ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi"nin Müşahidə Şurasını dəstəkləmək lazımdır. Onlardan nəticə tələb etmək hələ çox tezdir. Çünki işə yeni başlayıblar. Həm də bu, ilk belə haldır ki, klub rəhbərliyi belə formalaşır. Onlardan əfsanəvi klubu inkişaf etdirmək yolunda düzgün addımlar gözləyirəm. Amma düzgün addımların atılması üçün də vəsait lazımdır. Ümid edirəm ki, bu məsələ də tezliklə həllini tapacaq.
Mən eyni zamanda komandanın baş məşqçisi Arif Əsədova öz dəstəyimi göstərmək istərdim. Əminəm ki, indi ona heç də asan deyil. Yeni rəhbərlik gəlib. İstisna deyil ki, onlar hələ futbolumuzu tam yaxşı tanımırlar və düzgün olmayan qərarlar da verə bilərlər. Müşahidə Şurasına məsləhət görərdim ki, kimisə uzaqlaşdırmağa tələsməsinlər".
