29 aprel 2015 16:15
Sadıq Sadıqov: Neftçi mənə borcludur?
"Neftçi"nin sabiq prezidenti, hazırda klubun Müşahidə Şurasının üzvlərindən olan Sadıq Sadıqov paytaxt təmsilçisinin ona borclu olması barədə xəbəri təkzib edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi" mənə borcludur? Siz bu informasiyanı haradan götürmüsünüz? Mən sizə dəqiq deyirəm ki, bu, doğru deyil. Biz birlikdə bu illər ərzində xeyli uğurlara imza atmışıq. Futbolçulara olan borca gəlincə, bu məsələ də tezliklə həllini tapacaq".
