29 aprel 2015 14:30
Cüneyt Dumlupınar: Kamran Ağayev bu gün meydana çıxmayacaq
Türkiyənin "Kayserispor" klubunun baş məşqçisi Cüneyt Dumlupınar PTT 1-ci liqanın 30-cu turu çərçivəsində bu gün "Adanaspor"a qarşı keçirəcəkləri növbəti oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandasının çalışdırıcısı bunları söyləyib:
"Biz mövsümə yeganə istəklə - çempion olmaq hədəfi ilə başlamışdıq. Hələ ki, hədəfimizə doğru inamla irəliləyirik. Amma qarşıda daha vacib oyunlar var. Hansı ki, bu görüşlər bizim üçün həlledici olacaq. Təəssüf ki, heyətdə itkilərimiz var. Məsələn, Kamran Ağayev məşqə əlindən zədə alıb və qarşıdakı oyunda bizə kömək edə bilməyəcək".
