29 aprel 2015 13:45

"Azərbaycanda məni eşitmək istəmirdilər, amma nəticə tələb edirdilər"

Futzal üzrə Azərbaycan yığmasının və "Araz"ın sabiq baş məşqçisi, hazırda Qazaxıstanın "Kayrat" klubunu çalışdıran braziliyalı mütəxəssis Joze Alesionun azerisport.az saytına müsahibəsi

- Sizi UEFA Kubokunu qazanmağınız münasibətilə təbrik edirik. Təəssüratlarınız necədir?
- Belə bir titula sahib çıxmaq nə qədər xoşdursa, bir o qədər də çətindir. Yarımfinalda Rusiya "Dina"sı ilə qarşılaşdıqsa, finalda son çempionla üz-üzə idik. Amma biz yaxşı hazırlaşmışdıq və avrokuboklar mövsümünü layiqli qələbə ilə başa vurduq. Bu, Qazaxıstan üçün böyük uğur idi.

- Yəni Azərbaycanı tərk etdiyinizə peşman deyilsiniz?
- Mən peşəkarların arasına düşmüşəm. Klub öz işini yüksək səviyyədə qurub və burada çalışmaq çox xoşdur.

- Bəs Azərbaycan klubları belə uğura imza atmaq üçün nə etməlidir?
- İşlər sistematik şəkildə aparılmalıdır. Elə olan halda uğur qazanmaq daha asan olur. Mən bunu dəfələrlə demişəm. Azərbaycanda isə bu baxımdan problemlər var idi.

- Sizdən sonra gələn mütəxəssisin nəticələri ilə maraqlanırsınız?
- Tino Peresə böyük hörmətim var. Bu üzdən də onun işini şərh etmək istəmirəm. Sadəcə, ona vaxt lazımdır və yaxşı şərait yaradılmalıdır. Gələn kimi uğur qazanmaq elə də asan deyil. O, yaxşı mütəxəssisdir.

- Nə vaxtsa yenidən Azərbaycana qayıtmağınız mümkündür?
- Azərbaycanı sevirəm. Bu ölkə mənim üçün doğmalaşmışdı. Amma səni heç kimin eşitmədiyi yerdə çalışmaq ağırdır. Mən dəyişikliklər etmək istəyirdim, amma mənim fikirlərim qəbul olunmurdu.

- Buna görə Azərbaycanı tərk etmək qərarına gəldiniz?
- Məndən nəticə tələb edirdilər, amma eşitmək istəmirdilər. Mən də açıq dedim ki, belə olan halda "Araz"ın və Azərbaycan yığmasının uğur qazanması çətin olacaq. Strukturu peşəkar səviyyədə qurmaq lazımdır, dəyişiklik etmək lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.