29 aprel 2015 11:45
Emil Balayev Ayntraxtın əsas heyətində yer aldı
Almaniyanın "Ayntraxt" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin klubu "Darmştadt"la qarşılaşıb.
Matç Frankfurt təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu görüşdə start heyətdə meydana çıxan azərbaycanlı qapıçı 90 dəqiqə mübarizə aparıb.
