29 aprel 2015 11:30

Mübariz Zeynalov: Hədəf kuboku qazanmaqdır

"Neftçi"nin Müşahidə Şurasının üzvü Mübariz Zeynalovun azerisport.az saytına müsahibəsi

- Müşahidə Şurasının yaradılmasından bir ay ötür. Nə kimi işlər görülüb?
- Bir ay müəyyən nəticəyə gəlmək üçün çox azdır. Şübhəsiz ki, hər işin başlanğıcında çətinliklər olur. Amma buna baxmayaraq, biz müəyyən işlər görmüşük. İdman direktoru vəzifəsinə Vəli Qasımovu dəvət etmişik. Dmitri Kramarenkonu qapıçılarla iş üzrə məşqçi təyin etmişik. Bizim gəlişimizdən sonra start götürən başqa proseslər də var. Zamanla bizim işimizin faydasını görəcəksiniz.

- Şura üzvləri klubun bazasında otururlar, ya toplantıdan toplantıya bir araya gəlir?
- Bizim hələ bazada oturmağımızın mənası yoxdur. Lazım olan vaxtda, həftədə bir və ya iki dəfə toplanırıq.

- Siz və Səməd Qurbanov Müşahidə Şurasında yeganə futbol adamlarısınız. Məsləhətləriniz dinlənilir?
- Sırf futbol məsələləri ilə bağlı müzakirələrdə şübhəsiz ki, bizim də fikrimiz öyrənilir. Anlaşma baxımından heç bir problem yoxdur.

- Komandanın indiki vəziyyəti sizi qane edir?
- Bütövlükdə, müsbət qiymətləndirmək olar. Komanda Azərbaycan Kubokunun finalına çıxıb, mükafatlar uğrunda mübarizə aparır. Hazırda əsas hədəf kuboku qazanmaqdır. Klub olaraq bu oyuna ciddi hazırlaşırıq. Avropa Liqasına vəsiqəni demək olar ki, təmin etməyimiz də bizi çox sevindirir.

- Bəs komanda ölkə kubokunu qazana bilməsə, necə olacaq?
- Uğursuzluq halında hansı dəyişikliklərin olacağını nəzərdə tutursunuz? Bu barədə mövsüm başa çatdıqdan sonra danışmaq olar. İndiki məqamda hansısa dəyişiklik barədə danışmaq yersizdir.

- Komandanın oyunundan razısınız?
- Hər şeyin məni qane etdiyini deyə bilmərəm. Bunun da öz səbəbləri var. Məsələn, heyətdəki itkiləri qeyd etmək olar. Elə bir oyun yoxdur ki, "Neftçi"nin həmin matçda optimal heyətlə oynadığını deyəsən. Hər görüşdə hansısa futbolçu müxtəlif səbəblərdən oynaya bilmir. Ümid edirəm ki, "Qarabağ"la final matçına optimal heyətlə çıxa biləcəyik. Komandanın nəyə qadir olduğuna da həmin görüşdə aydınlıq gələcək. Ondan sonra hansısa nəticəyə gəlmək olar.

- Müşahidə Şurasına "Neftçi"nin əsl şöhrətini geri qaytarmaq üçün nə qədər vaxt lazımdır?
- Biz bu şöhrəti geri qaytaracağıq. Bu işlə bir nəfərin məşğul olması ayrı, bir neçə nəfərin məşğul olması ayrıdır. Şurada yer alan hər kəs böyük iş görür. Nəticə də yaxşı olmalıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.