29 aprel 2015 00:20

"Gəncə stadionunda hər şeyi yenilədikdən sonra tribunaların tam dolmasından danışmaq olar"

"Kəpəz"in prezidenti Mehman Allahverdiyev komandanın ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun durumundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Hələ ki, gözləyirik və ümid edirik ki, bu mövsüm başa çatandan sonra vəziyyət düzələcək. Biz özümüz də bununla bağlı işlərimizi davam etdiririk. Yüksək vəzifələrdə çalışan insanlarla danışıqlar aparırıq. Yerli futbol infrastrukturunu yaxşılaşdırmaq istəyirik".

Allahverdiyevin sözlərinə görə, hələ komandanın UEFA Kubokunda iştirak etdiyi dövrdən qalan oturacaqlar artıq tamamilə yararsız vəziyyətdədir: "Heç olmasa oturacaqları normal vəziyyətə gətirə bilsəydik, indi arenaya 20 min azarkeş yerləşdirə bilərdik. Amma istənilən halda burada hər şeyi yeniləməyə ehtiyac var. Yalnız ondan sonra tribunanı doldurmaq haqda düşünmək olar".

"Stadionun yerləşdiyi ərazi də böyükdür, burada əlavə məşq meydançaları da tikmək olar. İnfrastrukturu yaxşılaşdırmaq üçün baza məsələsini həll etmək, stadionun yerləşdiyi ərazini də abadlaşdırmaq lazımdır".

"Kəpəz"in prezidenti "Ağsu" ilə son oyunla (2:3) bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Bəzi mətbuat orqanlarında xəbərlər yayılıb ki, guya mən bütün oyunboyu hakimləri təhqir etmişəm, oyundan sonra qohumlarımla, azarkeşlərlə meydana qaçaraq hakimlərlə haqq hesab çürütməyə çalışmışıq. Belə bir şey olmayıb. Biz oyundan sonra hakimlərlə görüşdük, normal şəkildə söhbət etdik, bir-birimizə uğurlar arzuladıq. Amma mətbuatda tam fərqli məlumatlar yer aldı. Belə məlumatları haradan tapıb çıxarırlar, bilmək olmur. Ümumiyyətlə, bunları niyə yazdıqları da məlum deyil. Ondan öncə Mingəçevirdə də 1:4 hesabıyla uduzmuşduq, hakimlikdən narazı qalmışdıq, amma artıq heç nə olmamışdı. Adi narazılıq idi".

"Mən jurnalistlərdən xahiş etmək istərdim ki, nəyisə yazmazdan öncə zəng etsinlər, dəqiqləşdirsinlər. Düzgün olmayan xəbərləri yazırlar, oxucular da daha onun doğru və yalan olduğunu bilmədən oxuyurlar".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.