29 aprel 2015 00:10
Qarabağ Qəbələ matçına iki itki ilə hazırlaşır
Topaz Premyer Liqanın 32-ci turunda "Qəbələ"nin qonağı olacaq "Qarabağ" oyun öncəsi məşlərinə bazasındakı meydanda start verib. Azerisport.az xəbər verir ki, bu gün komandanın bir məşqi nəzərədə tutulmuşdu.
Məşqdə yalnız iki futbolçu iştirak etməyib. Belə ki, zədəli olan Çumbinyo və Namiq Ələsgərov kollektivdən ayrı çalışır.
Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" oyunu mayın 2-də, saat 19:00-da Qəbələ şəhər stadionunda baş tutacaq.












