29 aprel 2015 00:05

AFFA rəsmiləri UEFA-nın departament rəhbəri ilə görüşüb

İsveçrənin Nyon şəhərində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov və Lisenziya qrupunun rəhbəri Elçin Məmmədov UEFA-nın Fair Play və Lisenziya Departamentinin rəhbəri Andrea Traverso ilə görüşüb. Azerisport.az xəbər verir ki, 2015/2016-cı il lisenziyalaşdırma mövsümünün  yekunu ərəfəsində bu görüş UEFA və AFFA-nın qarşılıqlı təşəbbüsü ilə keçirilib.

UEFA rəsmisi bildirib ki, UEFA yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak edən klubların lisenziya məsələlərinə çox diqqətlə və məsuliyyətlə yanaşması, maliyyə Fair Play-i, həmçinin beynəlxalq yarışların əsasnamələrinin tələblərinə uyğun fəaliyyət göstərməsi vacibdir. Avropa futbol qurumunun nümayəndəsi klublara aid olan sənədlərin UEFA standartlarına uyğun olmasının vacibliyini bir daha vurğulayıb. Həmçinin, görüşdə AFFA tərəfindən klubların lisenziyalaşdırması prosesinin hazırkı vəziyyəti barədə məlumat verilib və inkişaf perspektivi müzakirə olunub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.