28 aprel 2015 20:00
Vüqar Nadirov: Belə oynamaq həftədə bir dəfə meydana çıxmaqdan daha yaxşıdır
"Qarabağ"ın hücumçusu Vüqar Nadirov son dövrlər gərgin qrafiklə oynamaqları ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Belə qrafiklə oynamaq mənim ürəyimcədir. 4-5 gündən bir oynamaq xoşuma gəlir. Bu, daha yaxşıdır. Çünki belə qrafiklə oynamaq növbəti oyuna qədər motivasiyanın itirilməməsinə şərait yaradır. Mənim fikrimcə, bu, həftədə bir dəfə oynamaqdan daha yaxşıdır".
