28 aprel 2015 17:40
Əfran İsmayılov: İnterdə pul problemi yoxdur
"İnter"in yarımmüdafiəçisi Əfran İsmayılov paytaxt klubunda maaşların gecikməsi ilə bağlı problemin olmasını inkar edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizim maaşlarımızda aylarla gecikmə yoxdur. Bir neçə günlük gecikmələr olur, bu da normaldır. Üç aydır maaş almadığımıza dair deyilənlər isə doğru deyil. Komandamızda pulla bağlı problem yoxdur. Eşitdiyimə görə, "Simurq"da belə problem var. Ümid edirəm ki, bizdə belə hallar olmaz".
