28 aprel 2015 16:15
Kamran Ağayev: Bir və ya iki oyunu buraxmalı olacağam
Azərbaycan yığmasının və Türkiyənin "Kayserispor" klubunun qapıçısı Kamran Ağayev zədəsi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bir barmağım çıxmışdı, həkimlər artıq onu yerinə salıblar. Amma əlim əlim hələ zədəlidir. Hələlik, komandadan ayrı məşq edirəm. Daha çox qaçmaqla məşğul oluram. Bir həftə sonra əlimdə ağrıların qalmayacağı bildirilir. Ondan sonra komanda ilə məşqlərə başlayacağam. Böyük ehtimalla bir və ya iki oyunu buraxmalı olacağam".
