28 aprel 2015 15:45
Kamran Ağayev bir həftə istirahət etməli olacaq
Azərbaycan yığmasının və Türkiyənin "Kayserispor" klubunun qapıçısı Kamran Ağayevin durumuna aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, PTT 1-ci liqanın son turu çərçivəsində keçirilmiş "Osmanlıspor"la oyunu öncəsi məşq zamanı əlindən zədə alan futbolçumuzun bir həftə məşq edə bilməyəcəyi bildirilir.
Amma qısa müddətdən sonra onun yenidən sıraya dönməsi gözlənilir.
