28 aprel 2015 13:00

Çingiz Abdullayev Bakcell Arenadan və bazadan imtina edir

"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev paytaxt klubunun ən aktual problemlərindən birinin həllinə çalışır. Azerisport.az xəbər verir ki, 56 yaşlı yazıçı cəmi bir ay öncə klubun başına keçsə də, komanda üçün yeni stadion və baza tikdirmək arzusuna düşüb.

Hazırda Abdullayev SOCAR rəhbərliyi ilə bu barədə danışıqlar aparır. Belə ki, Müşahidə Şurasının sədri İsmət Qayıbov adına stadionun "Neftçi"yə verilməsini istəyir. Bakıxanov qəsəbəsində yerləşən bu stadion hazırda "Neftçi" İK-ya məxsusdur. Hansı ki, həmin kluba da "Neftçi" PFK-nın Müşahidə Şurasının üzvlərindən biri olan Sadıq Sadıqov rəhbərlik edir.

Maraq üçün xatırladaq ki, İsmət Qayıbov adına stadionda eyni zamanda baza yaratmaq ideyası hələ Sadıq Sadıqov "Neftçi" PFK-nın prezidenti olarkən də səsləndirilmişdi. Lakin bu yöndə konkret addımlar atılmamışdı. Lakin əldə etdiyimiz məlumata görə, Abdullayev klub bazasındakı şəraitdən çox narazıdır və o, daha müasir bazanın yaradılmasında israrlıdır. Sədr daha rahat otel və bir neçə məşq meydançasının olmasını istəyir.

"Neftçi" Bakıxanov qəsəbə stadionuna köçməli olsa, ev oyunlarını da orada keçirməli olacaq. Belədə, paytaxt klubu "Bakcell Arena"dan da imtina edəcək. Lakin İsmət Qayıbov adına stadiona köçmək elə də tez alınmayacaq. Çünki burada rəhbərliyin istədiyi şəraitin yaradılması üçün zamana ehtiyac var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.