28 aprel 2015 00:30

Cem Fələk: Azərbaycanla yanaşı, Türkiyə və Almaniya yığmasında da oynaya bilərəm

Şotlandiyanın "Aberdin" klubunun yarımmüdafiəçisi, Azərbaycanın U-19 yığmasının sabiq üzvü Cem Fələyin azerisport.az saytına müsahibəsi

- "Aberdin"dəki işləriniz necə gedir?
- Hər şey normaldır. Burada özümü çox yaxşı hiss edirəm. Turnir cədvəlində birinci yerdəyik. Çempionluğa oynayırıq. Qarşıda daha üç oyunumuz var.

- Növbəti mövsümdə sizi "Aberdin"in əsas heyətində görə biləcəyik?
- Bəli, biz də bunu planlaşdırırıq. Sadəcə, zamana ehtiyac var. "Aberdin" məni əsas komandaya cəlb etmək istəyir. Amma hələ burada qalıb-qalmayacağım dəqiq deyil. Mənim başqa variantlarım da var. Yaxşı oynamaq lazımdır.

- Niyə siz o vaxt Şotlandiya variantını seçdiniz?
- Bura gəldiyim üçün peşman deyiləm. Bura əla yerdir. Mən gəncəm və çətinliklərə alışmalıyam. Burada çox şey öyrəndim. Şotlandiyada əsl Britaniya futbolu oynanılır.

- Hansı variantlar var?
- Maraqlanan klublar çoxdur. Bu da təəccüblü deyil. Çünki bizim oyunlarımızı çoxlu skaut izləyir. Amma hələ heç nə dəqiq deyil. Klubumu dəyişməməyim də istisna deyil.

- "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimovla əlaqə saxlayırsınız?
- "Xəzər Lənkəran" mənə bir vaxtlar çox kömək etdi. Azərbaycanda lənkəranlılara azarkeşlik edirəm. Amma cənab Mənsimovun özü ilə söhbətləşmirəm.

- Azərbaycan çempionatı ilə maraqlanırsınız?
- Vaxt olsa, maraqlanaram. Məndə də elə vaxt yoxdur. Burada Azərbaycan futbolu barədə heç nə danışılmır. Bütövlükdə, bütün informasiyanı atamdan alıram.

- Azərbaycan yığmasının yeni baş məşqçiyə tapşırılmasından xəbəriniz var?
- Xeyr, heç onu eşitməmişəm.

- Milliyə qayıtmaq barədə düşünmürsünüz?
- Mən Azərbaycan yığmasına kifayət qədər kömək etmişəm, amma faydasını görmədim. Sadəcə, bəzən insanlar səhvə yol verirlər ki, onu unutmaq çətin olur.

- Öz səhvinizdən danışırsınız, yoxsa, məşqçilərin?
- Orada sadəcə, anlaşılmazlıq var idi. Mən üç yığmada çıxış edə bilərəm - Almaniya, Türkiyə və Azərbaycan yığmalarında. Daha uyğun variantı seçəcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.