27 aprel 2015 13:30

Ekiqo Ehiosun: Nigeriya yığmasına dəvət almaq istəyirəm

"Qəbələ"nin hücumçusu Ekiqo Ehiosun bu komandadakı karyerasından, eləcə də Nigeriya yığmasına qayıtmaq perspektivindən danışıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Son illərdə karyeranızda nələr olub?
- Hər şey əladır. Təəssüflənməyimə səbəb olacaq bir şey yoxdur. Həyatım yaxşıdır. Həyatdan zövq almaq üçün əlimdən gələni edirəm.

- Avropa karyeranıza Türkiyədə başlasanız da, indi Azərbaycandasınız. Bu, necə oldu?
- Bəzən həyatda nələrinsə daha yaxşı olması üçün, dəyişikliyə ehtiyac yaranır. Heç nəyi öncədən proqnozlaşdırmaq olmur. Türkiyədə bəzi problemlərim var idi. Söhbət legionerlərə olan limitdən gedir. Üstəlik, birinci liqa klublarında futbolçuların maaşı da vaxtında ödənilmirdi, problemlər yaranırdı. Bu üzdən Azərbaycana getməyə qərar verdim.

- Bəs Azərbaycanda işlər necə gedir?
- Hər şey yaxşıdır. Çempionat gündən-günə inkişaf edir. Ən əsası isə burada futbol oynayıram. Çempionatda rəqabət var. Burada qazandığım təcrübədən yararlanmağa çalışıram. Baxmayaraq ki, burada daha çox inkişaf edən bir şəhər var - Bakı.

- Qazancınızdan razısınız?
- Bəli. Heç nəyi gizlətməyəcəm. Ümumiyyətlə heç nə qazanmamaqdan bu yaxşıdır.

- Vaxtilə siz Nigeriya futbolunun gələcək ümidlərindən hesab olunurdunuz. Amma qeybə çəkildiniz. Nə baş verdi?
- İtdim, hə? Siz elə düşünürsünüz? Mən Nigeriyanı tərk etmək məcburiyyətində qaldım. Amma buna görə təəssüflənmirəm. Ölkə mətbuatında işıqlandırılmamağım isə mənim itdiyim anlamına gəlməməlidir.

- Yığmaya qayıtmaq barədə düşünmürsünüz?
- Əlbəttə, düşünürəm. Əminəm ki, bunun da zamanı gələcək.

- Gələcək planlarınız necədir?
- Hələ bilmirəm. Mənə bir neçə təklif gəlib, onları dəyərləndirməyə çalışıram. Heç nə deyə bilmərəm. "Qəbələ" də mənə qalmağı təklif edib və cavabımı gözləyir. (Gbooza)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.