27 aprel 2015 00:15
Kamran Ağayev oynamadı, komandası xal itirdi
Türkiyə PTT 1-ci liqasında 29-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Osmanlıspor"la qarşılaşıb. Matç qolsuz başa çatıb - 0:0. Kamranın adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Kayserispor" hazırda 61 xalla 1-ci pillədə qərarlaşıb.
