26 aprel 2015 14:30

Muarem Muarem: Qəbələnin qələbə seriyasını qırmaq çətin olacaq

"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremin azerisport.az saytına müsahibəsi

- "Neftçi" üzərində qazandığınız qələbə barədə nə deyə bilərsiniz?
- Biz çox lazımlı 3 xala sahib çıxdıq. Harada oynamağımız yox, qələbə qazanmağımız önəmlidir. Qarşıda "Qəbələ" ilə oyun var. Bu oyunda çempionluğumuzu rəsmiləşdirə bilərik. Amma indidən bu barədə danışmaq istəməzdim.

- "Qarabağ"ın 2:0-dan sonra arxayınlaşdığı hiss olunurdu...
- "Neftçi" yaxşı oynadı. Bu klublar arasındakı oyunlar həmişə gərgin keçir. 2:0 olarkən diqqətli olmağımız lazım idi. Biz isə diqqətli ola bilmədik və nəticədə rəqib hesabı bərabərləşdirdi.

- Kubokun finalında da bu komanda ilə qarşılaşacaqsınız...
- Kubok və çempionat görüşləri tam fərqli oyunlardır. Həm də finalın taleyini bir oyun həll edəcək. Amma hazırda final matçı barədə düşünmürük.

- Çox vaxt qalsa da, mütəxəssislər kuboku da "Qarabağ"ın qazanacağını bildirir...
- Onlar bunu deyə bilərlər, amma biz yox. Çünki çətinliklərimiz var. Bu, kənardan görünməyə bilər. Özümüz isə gözəl bilirik.

- Bu qələbədən sonra "Qarabağ"ın növbəti oyundakı işinin daha asan olacağını söyləmək olar?
- Xeyr, biz arxayınlaşa bilmərik. Bizə daha iki qələbə lazımdır. Amma buna nail olmaq çox çətin olacaq.

- "Qəbələ"nin sizinlə oyuna revanş almaq üçün çıxacağını demək olar?
- Çempionluğa yaxınlaşmaq üçün mütləq qələbə qazanmalıyıq. Bu, çox vacibdir. Rəqibin nə düşündüyü barədə isə fikirləşmirik.

- "Qəbələ"nin ardıcıl 8 qələbə qazanması sizi qorxutmur?
- Onların necə oynadığını biz də bilirik. Başa düşürük ki, bu qələbə seriyasını qırmaq çox çətin olacaq. Amma uğur qazanacağımıza ümid edirik.

- Ardıcıl iki oyundur qol vurursunuz. Bu seriyanı növbəti oyunda da davam etdirə biləcəksiniz?
- Əvvəllər sual verirdilər ki, özünə oxşamırsan (gülür). Artıq özümə gəlirəm. Ümid edirəm ki, davamı gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.