24 aprel 2015 14:00

Roman Qriqorçuk: Qələbə seriyası haqda yox, daha yaxşı oynamaq haqda düşünməliyik

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun azerisport.az saytına müsahibəsi

- "Xəzər Lənkəran"la oyundan nə gözləyirsiniz?
- Son mətbuat konfransında bu oyunla bağlı mənə sual verildi və söhbət zamanı belə başa düşdüm ki, rəqibimiz elə də güclü komanda kimi qəbul olunmur. Amma mən cənub klubunun çox maraqlı komanda olduğunu düşünürəm. Onlar kifayət qədər güclü futbolçulara malikdirlər. Heyətdə yer alan gənclər çox sürətlidirlər. Ona görə də biz bu oyuna ciddi yanaşmalıyıq.

- Cənublular xüsusilə öz meydanlarında, doğma azarkeşləri qarşısında daha aqressiv oyun sərgiləyirlər...
- Bunu futbolçularımıza da söyləmişəm. Doğrudan da bu komanda öz meydanında daha yaxşı çıxış edir. Xoşbəxtlikdən bu oyun öncəsi bizim də bərpa üçün kifayət qədər vaxtımız oldu.

- Qələbə seriyanızı davam etdirə bilərsiniz?
- Heç bir seriya barədə düşünmürəm. Qarşıda oyunlarımız var və yalnız onlarda necə yaxşı çıxış etmək haqda düşünürük.

- Azərbaycan çempionatında ardıcıl qələbə sayına görə rekorda imza atmaq şansı qazanmağınız sizi cəlb etmir?
- İdmanda qələbələr, rekordlar çox yaxşıdır. Amma mən bu seriyaya ciddi diqqət ayırmıram. Mənim üzərində düşünməli, çalışmalı olduğum məsələlər var. Məsələn, oyunumuzu daha da yaxşılaşdırmaq haqda düşünməliyik.

- "Qəbələ"nin son dövrlər hər kəs tərəfindən təriflənməsi komandanın daha da inkişaf etməsinə problem yaratmır?
- Futbolçulara bunu da demişəm. Onların beyni bütün bunlardan azad olmalıdır. Qələbə qazanırsansa, buna sevinməlisən. Amma buna çox vaxt ayırmaq düzgün deyil. Çünki qarşıda növbəti oyunlar da var və onları düşünmək lazımdır.

- Azərbaycanlı və ukraynalı futbolçularınızın psixolohiyasında çoxmu fərq var? Məsələn, yerli futbolçular tənqid və tərifə daha çox diqqət ayırırlar...
- Mən ilk gündən hiss etdim ki, bu məsələ ilə bağlı daha çox çalışmağa ehtiyac var. Yüksək nəticələr qazanmaq üçün buna məcburuq. İrəliləyişin olduğunu da qeyd etmək istərdim. Amma daha da çox çalışmalıyıq.

- "Qəbələ"yə yayda gəlsəydiniz, komanda indi çempionluğa oynaya bilərdi?
- Bu barədə heç düşünməmişəm. İndi soruşursunuz, nə deyəcəyimi bilmirəm (gülür). Necə olacağını demək çətindir. Amma hər şeyin düzgün edildiyini düşünürəm və bu üzdən də sizin sualınıza cavab verməkdə çətinlik çəkirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.