23 aprel 2015 21:30

Çəlikəl: Hər bir azarkeşimizi Qəbələyə aparmağa çalışacağıq

Məlum olduğu kimi, Azərbaycan Kubokunun həlledici matçında "Qarabağ" "Neftçi"ylə üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, "Simurq"la keçən ağır yarımfinal matçından sonra "Qarabağ"ın direktoru Əmrah Çəlikəl həm bu matç, həm də baş tutacaq final görüşü haqqında öz fikirlərini bölüşüb.

"Əlbəttə ki, finala çıxmaq çox xoş hissdir. Düzdür, komandamız "Simurq"la ağır bir oyun keçirdi. Ancaq əsas odur ki, iki oyunun nəticəsində finala yüksəldik. Həlledici görüşdə rəqibimiz "Neftçi" olacaq. Bu da finala əlavə rəng qatacaq. "Neftçi" ilə qarşılaşacağımız üçün sevinirik. Finalda da komandamız əlindən gələnin ən yaxşısını etməyə çalışacaq. Finalda "Neftçi"i ilə qarşılaşacağımıza ona görə sevinirik ki, rəqibimiz köklü klubdur. Yəni "Qarabağ"a layiqli rəqibdir. Məncə, final qarşılaşması gözəl futbol bayramı olacaq. Bizim hər zaman "Neftçi" ilə gözəl münasibətlərimiz olub. Həm yaxşı rəqib, həm də dost olmuşuq. Məncə, onlar üçün də rəqibin önəmi yoxdur. Hər iki komandanın məqsədi kuboku qazanmaqdır. Daha çox istəkli olan komanda kuboku qazanacaq. Sevindirici haldır ki, finalı bölgəmizdə oynayacağıq. PFL-in bu addımını düzgün qiymətləndiririk. Bu barədə bizə müraciət etmədilər. Heç buna ehtiyac da yoxdur. İstənilən yerdə oynamaq bizim borcumuzdur və buna hazırıq. Qəbələdə hər bir şərait var. Qəbələlilər gözəl bir oyuna şahidlik edəcəklər. Final matçı üçün də planlarımız var. Qəbələyə getmək istəyən hər bir azarkeşimizi ora aparmağa çalışacağıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.