23 aprel 2015 19:30

Məhəmməd Mirzəbəyov: Neftçi və Qəbələ İnterə çata bilər

"İnter"in müdafiəçisi Məhəmməd Mirzəbəyovun azerisport.az saytına müsahibəsi

- "Neftçi"yə qalib gəlsəniz də (2:1, ilk oyun 0:2) finala çıxa bilmədiniz...
- Çoxlu qol vəziyyətini boşa verdik. Futbolda belə hallar olur. Görünür, belə qismət imiş.

- "Neftçi"nin bəxtinin gətirdiyini demək olar?
- Biz hər iki oyunda qol vura bilərdik. Amma birincidə şanslarımızdan ümumiyyətlə yararlana bilmədik. Cavab matçında isə daha çox qol vurmalıydıq. Təəssüf ki, cəmi iki dəfə fərqlənə bildik. "Neftçi" isə ələ düşən şanslarından maksimum yararlandı və buna görə də finala yüksəldi. Onlar qol epizodları zamanı çox inamlı çıxış etdilər.

- Finala çıxmaq üçün sizə nə çatmadı?
- Sadəcə, qol vəziyyətlərindən yararlana bilmədik. Dəqiqlik çatışmadı.

- "Neftçi"nin futbolçuları da etiraf etdilər ki, siz finala layiq idiniz və buna nail ola bilərdiniz...
- Onlar haqlıdırlar. Əks halda biz indi finalda olardıq. İstənilən halda həm "Neftçi"ni, həm də "Qarabağ"ı finala çıxması münasibətilə təbrik edirəm.

- Maraqlıdır ki, Zaqatalada da "Simurq" qələbəyə layiq olduğu halda, finala "Qarabağ" adladı. Belə çıxır ki, yarımfinalın ən yaxşı komandaları finaldan kənarda qaldı?
- Bir halda ki, "Qarabağ"la "Neftçi" finala yüksəlib, deməli, onlar buna layiqdirlər. Futbolda səhvlər qaçılmaz olur. Biz də insanıq, səhv etməyimiz mümkündür.

- Nikolas Kanales cavab oyununda qol vurmasaydı, hər şey fərqli ola bilərdi?
- Həmin qol olmasaydı, heç-heçə olacaqdı (gülür). Əlavə vaxtda kimin qalib gələcəyini isə heç kim deyə bilməz.

- "Qarabağ" - "Neftçi" finalı ilə bağlı nə deyə bilərsiniz?
- Şübhəsiz ki, maraqlı və gərgin mübarizə görəcəyik. Onların hansının qalib gələcəyini isə hakimin yekun fitindən sonra biləcəyik.

- Düşünmürsünüz ki, kubokdakı uğursuzluq sizə çempionatda da mane olsun və "Neftçi"ylə "Qəbələ"nin "İnter"i qabaqlamasına şərait yaratsın?
- Fikrimcə, hər şey yaxşı olacaq. "Neftçi" və "Qəbələ"nin bizi qabaqlaması riyazi baxımdan mümkündür. Eyni qayda ilə bizim də "Qarabağ"ı qabaqlamağımız mümkündür. Amma öncədən heç nə demək olmaz. Qarşıda altı oyun var. Fikrimcə, biz növbəti oyunlara həm fiziki, həm də psixoloji cəhətdən hazır ola biləcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.