23 aprel 2015 18:15
Xəzər Lənkəranda Qəbələ ilə oyun öncəsi 4 itki
"Xəzər Lənkəran" Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində qarşılaşacağı "Qəbələ" ilə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, cənub təmsilçisi bu görüşə ciddi itkilərlə hazırlaşırlar.
Belə ki, baş məşqçi Elbrus Məmmədov qarşıdakı oyunda kapitan Rahid Əmirquliyevin, eləcə də Alfred Sanko, Elşən Rzazadə və Vyekoslav Tomiçin xidmətindən yararlana bilməyəcək. Tomiç zədə səbəbindən komandasına kömək edə bilməyəcəksə, digər oyunçular vərəqə limiti səbəbindən oyunu buraxmalı olacaq.
