23 aprel 2015 18:00
Qadın məşqçilər üçün kursun ikinci mərhələsi
Aprelin 27-dən mayın 1-dək Bakıda AFFA-nın təşkilatçılığı ilə qadın məşqçilər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursunun 2-ci mərhələsi keçiriləcək. Azerisport.az xəbər verir ki, AFFA-nın Futbol akademiyasında təşkil olunacaq məşğələlərə 21 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales rəhbərlik edəcək.
