23 aprel 2015 17:15

Patrisiya Qonzales: Güclü komandalara qarşı mübarizə aparmağı bacarırıq

21 və 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales AFFA-nın rəsmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Bir müddət öncə Bakıda UEFA-nın İnkişaf turniri keçirildi. Yarışda iştirak edən 16 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının çıxışı barədə nə deyə bilərsiniz?
- Bu turnirin nəticəsi bizi çox razı saldı. Çünki artıq nəticə verməyin vaxtıdır. İndiyədək görülən işlər öz bəhrəsini verməlidir. Bu, ölkədə tətbiq edilən müxtəlif layihələrin nəticəsidir. Bizim gənc oyunçularımız üçün bu, stimul olacaq. Turnirdə qalib gəlmələri əlavə motivasiyadır.
 
- 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinə hazırlaşır. Planlarınız necədir?
- Hazırda komanda sabit olaraq məşq edir. Sentyabrda Avropa çempionatının seçmə mərhələsi keçiriləcək. İyul ayında Qazaxıstanda beynəlxalq turnir təşkil olunacaq. Həmin yarışa hazırlaşırıq.
 
- AÇ-nin seçmə mərhələsində qarşınıza hansı məqsəd qoyulub?
- Növbəti mərhələyə adlamaq istəyirik. Bütün gücümüz və diqqətimizi də buna yönəltmişik.
 
- Bu il 21 yaşadək qızlardan ibarət Azərbaycan yığması beynəlxalq turnirlərdə iştirak etdi. Bu yarışlar nə dərəcədə səmərəli oldu?
- UEFA bu yaş qrupundan ibarət komandalar üçün hər hansı yarış nəzərdə tutmayıb. Ona görə də çalışırıq ki, müxtəlif oyunlar keçirək. Daha çox əsas yığmaların qatıldığı yarışlarda gücümüzü sınayırıq. Özümüz belə axtarışdayıq ki, futbolçuların beynəlxalq təcrübəsi artsın. Əsas məqsədlərimizdən biri də odur ki, komandaya cəlb edilən qızlar mütəmadi olaraq təlim-məşq toplanışlarında iştirak etsinlər, beynəlxalq oyunlarda güclərini sınasınlar.
 
- Və yəqin ki, əsas məqsəd futbolçuların əsas milliyə hazırlanmasıdır...
- Bəli. Bu, başlıca məqsədlərdən biridir. Düzdür, əsas millinin yaradılacağı vaxt konkret müəyyənləşməyib. Lakin biz indidən bu istiqamətdə işlər görürük.
 
- AFFA-nın təşkil etdiyi qızlar liqalarında mübarizə, oyunların səviyyəsi sizi qane edirmi?
- 2013-cü ildə Azərbaycana gəldiyim zaman görülən ilk işlərdən biri U-13 qızlar liqasının təşkil edilməsi oldu. O vaxta qədər bu yaş qrupu üzrə oyunlar keçirilmirdi. Hazırda bu liqanın səviyyəsi xeyli artıb. Düzdür, bu liqa yaş qrupları üzrə ən aşağısıdır. Orada hazırkı durumda hansısa nəticələr və böyük sıçrayış gözləmək olmaz. Lakin bacarıqlı və gözəl futbol nümayiş etdirən oyunçular var.  U-16 Liqası əvvəlki kimi keçir. Hazırda çalışırıq ki, U-19 liqasında komandalar daha peşəkar səviyyədə mübarizə aparsın.
 
- UEFA-nın tələbi var ki, peşəkar futbol klublarının tərkibində qadın komandaları da olmalıdır. Belə bir liqanın təşkilinin nə kimi xeyri olacaq?
- U-19 Liqasını peşəkar səviyyəyə çatdırsaq, klublar peşəkarlaşsa, bunun bizə çox xeyri olacaq. Əgər futbolçular peşəkar klublarda oynasalar, vəziyyət daha yaxşı olacaq. Peşəkar klub tamam başqa anlayışdır. O zaman məşqlər də, yarışlar da, oyunlar da fərqli olacaq. Yəni qızlarımız yeni bir səviyyəyə keçəcəklər. Onlar daha peşəkar olacaq və qadın futbolunun inkişafına xüsusi təkan verəcək. AFFA bu yöndə ciddi işlər görür.
 
- Ölkəmizə gəldiyiniz dövrlə müqayisədə qadın futbolunda hansı inkişafı görürsünüz?
- Yığmalarımız barədə fikrimi demək istəyirəm. Komandalarımızın seçmə mərhələlərdəki perspektivinə gəlincə, əminliklə deyə bilərəm ki, yaxın gələcəkdə biz bu mərhələləri mütləq keçəcəyik. Çünki artıq güclü komandalarla qarşılaşmağı, onlara qarşı mübarizə aparmağı bacarırıq. Ümumilikdə qadın futbolunun inkişafına gəlincə, kəmiyyət baxımından xeyli artım var. Liqaların və komandaların sayı artıb. Keyfiyyət baxımından da artımın olması üçün ciddi işlər görülür. Bu yöndə bir çox layihələr tətbiq edilir. Məsələn, Elit Məşq layihəsi sayəsində qızlarımız mütəmadi olaraq məşqlər keçirlər və formada olurlar. Qadın məşqçilər üçün B kateqoriyalı kurslar təşkil etmişik. Bütün bunların müsbət nəticəsini yaxın zamanda görəcəyik. Eyni zamanda, AFFA-da Qadın Futbolunun İnkişafı Departamentinin yaradılması da inkişaf üçün əlavə təkan verir. İndi daha müstəqilik. İşlərin də ən yüksək səviyyədə görülməsi üçün çalışırıq.
 
- B kateqoriyalı məşqçi kurslarının keçirilməsinin məqsədi nədir?
- İnkişafın olması üçün mütəxəssislər lazımdır. Hazırda Azərbaycanda istedadlı qızlar var. Onların püxtələşməsi üçün savadlı kadlara ehtiyac var. Keçmiş futbolçular bu mənada ən yaxşı kadrlardır. Eyni zamanda, hazırda futbol oynayan qızlardan da bəziləri bu kurslara qatılır. Bu da səbəbsiz deyil. Onlar əvvəl-axır karyeralarını başa vuracaqlar. Əgər məşqçi kurslarına qatılsalar, gələcəkdə məşqçi işləmələri üçün şərait yaranacaq. Mənim üçün ən vacib məsələ istəkdir. Həmin qızların qabiliyyətini və həvəsini görərək şərait yaradırıq. İstəyirik ki, karyeralarını başa çatdırdıqdan sonra onları itirməyək, əksinə, həmin insanların futbolumuza xeyir verməsinə kömək edək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.