23 aprel 2015 14:30

Andrey Saxneviç: Xəzər Lənkəran Qəbələnin qələbə seriyasına son qoymalıdır

"Xəzər Lənkəran"da baxışda olan Ukraynanın "Metallurq" (Zaporojye) klubunun sabiq müdafiəçisi Andrey Saxneviçin azerisport.az saytına müsahibəsi

- Lənkəran necə yerdir?
- Hər şey yaxşıdır. Baxmayaraq ki, şəhəri tam görmək imkanım olmayıb. Klubun bazasında qalıram. Məşq və bərpa üçün şərait yaxşıdır. Hər şey xoşuma gəlir.

- Qışda klubsuz qalmağınıza nə səbəb oldu?
- Mənim "Metallurq"la müqaviləmin müddəti başa çatdı. Qışda Perm "Amkar"ında baxışda oldum. Hər şey yaxşı idi, amma legioner olduğuma görə müqavilə imzalamaq alınmadı.

- Bu, təsadüfiən Ukrayna və Rusiya arasındakı siyasi gərginlikdən irəli gəlmirdi?
- Xeyr, əksinə, orada mənə çox yaxşı davranırdılar. Məni böyük ümidlər bəslədiyim menecerim məyus etdi. Demək olar ki, məni aldatdı. Bəzi səbəblərdən "Metallurq"a da qayıtmağım mümkün olmadı.

- Bəs "Xəzər Lənkəran" variantı necə yarandı?
- Bir tanışım bu işdə mənə kömək etdi. Dedi ki, Azərbaycana baxışa gedə bilərsən.  Ailəmlə məsləhətləşdim və imtina etməməyə qərar verdim. Azərbaycanda yaxşı komandaların olduğunu bilirdim. Toplanışlar zamanı komandalarınıza qarşı oynamışam.

- "Xəzər Lənkəran"ın əvvəlki qədər iddialı olmaması sizi məyus etmir?
- Mənə bu barədə danışıblar. Ümid edirəm ki, həmişə belə olmayacaq. Əminəm ki, "Xəzər Lənkəran" hər yerdə və həmişə qələbə qazanmağa çalışacaq.

- Bizdə olan məlumata görə, baxış uğurla keçir və böyük ehtimalla komandada qalacaqsınız...
- Hələ bu barədə heç nə deyə bilmərəm. Mənə deyiblər ki, baxmaq lazımdır. Mənim işim məşq etmək və bacarığımı nümayiş etdirməkdir. Müqaviləyə gəlincə, bunu məni komandada saxlamağa qərar verəcəkləri halda müzakirə edəcəyik.

- Yəqin ki, burada olduğunuz müddətdə bəzi oyunların şahidi olmusunuz...
- Bəli, digər komandaların oyunlarını izləməyə çalışıram. Qarşıda "Xəzər Lənkəran"ı 7 oyundur ardıcıl qələbə qazanan "Qəbələ" ilə görüş gözləyir. XL "Qəbələ"nin bu seriyasına son qoymalıdır. "Qarabağ"ın oyunu xoşuma gəlir. Onların Avropa Liqasındakı matçlarını da izləmişəm. "Dnepr"lə oyunlarda komandanız çox yaxşı təsir bağışlamışdı. Lakin ağdamlılar bərbad hakimlik səbəbindən Avroliqada mübarizəni davam etdirə bilmədilər. Azərbaycan çempionatı çox yaxşı səviyyədədir.

- "Qəbələ"dəki ukraynalı futbolçularla ünsiyyət qurmamısınız?
- Mənim onlarla tanışlığım yoxdur. Amma Lənkəranda imkan olacağı halda, onlarla söhbətləşməyə çalışacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.