23 aprel 2015 13:30
Azərbaycan Moldovaya qarşı
Moldovanın paytaxtı Kişinyovda təşkil olumuş futzal üzrə beynəlxalq turnirdə Azərbaycan milli komandası bu gün ikinci oyununu keçirəcək. Azerisort.az xəbər verir ki, futzalçılarımız bu dəfə turnirin ev sahibi olan moldovalılarla üz-üzə gələcəklər.
Qeyd edək ki, ötən gün baş tutan ilk turda Millimiz Rumıniya regional yığması ilə qarşılaşmış və 6:3 hesabı ilə qalib gəlmişdi. Komandamızın 2 qolunu Samir Həmzəyev vurmuşdu, hərəyə bir dəfə isə Vitali Borisov, Namiq Məmmədkərimov, Vahib Xodjayev və Zeynal Zeynalov fərqlənmişdi. Moldova yığması isə Yunanıstanı 5:1 hesabıyla üstələmişdi.
