23 aprel 2015 13:15
Rauf Əliyev Neftçiyə qayıtdı
"Neftçi" Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubunun heyətində itkilər var.
Belə ki, Məqsəd İsayev və Flavinyo zədə səbəbindən Azərbaycan derbisində forma geyə bilməyəcək. Əvəzində xəstəlik səbəbindən bir neçə həftə idi komandadan ayrı düşən hücumçu Rauf Əliyev sıraya dönüb. Ötən gün o, "ağ-qaralar"ın məşqinə qatılıb. Amma böyük ehtimalla o da "Qarabağ"a qarşı forma geyə bilməyəcək.
