23 aprel 2015 12:15
Dmitri Kruqlov: Azərbaycana qayıtmaq istəsəm də, təklif yoxdur
"Neftçi", "İnter" və "Rəvan"ın sabiq müdafiəçisi Dmitri Kruqlov bəyan edib ki, Azərbaycana qayıtmağın əleyhinə olmasa da, ona təklif yoxdur. Azerisport.az saytına açıqlamasında təcrübəli futbolçu bunları söyləyib:
"İstərdim, amma təklif yoxdur. Dəvət etsələr, gələrəm. "Neftçi" və "İnter"in heyətində keçirdiyim oyunları hələ də xatırlayıram. Hər iki klub çox güclü idi və medallar uğrunda mübarizə aparırdılar. Fikrimcə, mən bu komandaların hər ikisinin heyətində özümü yaxşı tərəfdən göstərə bilmişəm".
