23 aprel 2015 11:45

Azərbaycan Kubokunda 4-cü dəfə

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları final matçında üz-üzə gələcək komandaların adlarına aydınlıq gətirdi. Azerisport.az xəbər verir ki, fəxri mükafat uğrunda qarşılaşmada Ağdamın “Qarabağ” və Bakının “Neftçi” klubları görüşəcək.

“Qarabağ” səfərdə “Simurq”la qolsuz heç-heçə etsə də, ilk oyundakı 1:0 hesablı qələbə sayəsində mərhələ adladı. “Neftçi” səfərdə “İnter”ə 1:2 hesabı ilə uduzsa da, ilk matçdakı 2:0 hesablı qələbə hesabına finala yüksəldi.

Ardıcıl “4”lə gələn “9”

Son 3 mövsümdə də finala yüksələn paytaxt təmsilçisi Azərbaycan Kuboku tarixində ardıcıl 4 dəfə finalda oynayan ilk klub olub. Ümumilikdə 9-cu dəfə həlledici oyunda meydana çıxacaq bakılılar bu göstəricidə də rekordunu yeniləyib. “Neftçi” 1994/95, 1995/96, 1998/99, 2003/04, 2012/13, 2013/14 mövsümlərində kuboku qazanıb, 2000/01, 2011/12 mövsümlərində isə həlledici görüşdə məğlub olub.

Sonuncu dəfə 2008/09 mövsümündə finalda iştirak edən “Qarabağ” 6 ildən və ya 5 mövsümlük fasilədən sonra eyni uğuru təkrarlayıb. Bu, ağdamlıların 7-ci finalıdır. 1993, 2005/06 və 2008/09 mövsümlərində titula yiyələnən Ağdam təmsilçisi 1995/96, 1997/98 və 1999/2000 mövsümlərində finalda məğlub olub.

4-cü dəfə

“Neftçi” ilə “Qarabağ” 19 il əvvəl də finalda üz-üzə gəlib. 1995/96 mövsümündə Yunis Hüseynovun 2, Vidadi Rzayevin 1 qol vurması bakılılara böyükhesablı qələbə qazandırmışdı – 3:0. Həmin matçda finallar tarixində yeganə böyükhesablı nəticə qeydə alınmışdı.

Bunadək ölkə kuboku tarixində 3 dəfə eyni final təkrarlanmışdı. “Kəpəz” “Qarabağ”a həm 1997/98, həm də 1999/2000 mövsümündəki oyunlarda qalib gəlib – müvafiq olaraq 2:0 və 2:1.  “Neftçi” – “Şəmkir” cütü də 2 finalda yaşanıb. 1998/99 mövsümündə 0:0 bitən matçın penaltilər seriyasında 5:3  hesabı ilə qalib gələn “ağ-qaralar” 2003/04 mövsümündə əlavə vaxtda kuboka sahib çıxıb - 1:0.  “Xəzər Lənkəran” da “İnter”lə hər iki final oyununda qalib gəlib. 2007/08 mövsümündə əlavə vaxtda (2:0), 2010/11 mövsümündə penaltilər seriyasında (1:1, pen. 4:2) qalib gəlib. Maraqlıdır ki, indiyədək heç vaxt finalda uduzan komanda sonradan əvəzini çıxa bilməyib. “Neftçi” kuboku qazansa, bu ənənəni davam etdirəcək, “Qarabağ”sa qələbəylə ilkə imza atacaq.

3-cü baş məşqçi

19 il əvvəlki finalda “Neftçi”nin “Qarabağ” üzərindəki qələbəsində futbolçu kimi pay sahibi olan Arif Əsədov bu dəfə baş məşqçi kimi eyni rəqiblə üz-üzə gələcək. O, Yunis Hüseynov və Qurban Qurbanovdan sonra həm futbolçu, həm baş məşqçi kimi final həyəcanı yaşayan 3-cü mütəxəssis olacaq. Yenidən “Qarabağ”la həlledici matçın iştirakçısı olacaq Qurbanov hər iki “amplua”da kuboka yiyələnibsə, Hüseynov məşqçi kimi finalda büdrəyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.