23 aprel 2015 11:30

Denis Silva: Qarabağla kubok və çempionat oyunları tam fərqli olacaq

"Neftçi"nin müdafiəçisi Denis Silvanın azerisport.az saytına müsahibəsi

- "Neftçi" "İnter"ə cavab yarımfinal oyununda uduzsa da, finala çıxmağı bacardı. Matçla bağlı fikirlərinizi bilmək istərdik...
- Bizim hər oyunumuz çətin alınır. Süni örtüklü meydan da əlavə çətinlik yaradırdı. Amma biz uğur qazanmaq üçün bütün gücümüzü qoyduq. Nəticədə, finala çıxmağı bacardıq. "İnter"in qol vurmaq üçün daha çox şansı oldu. Amma biz ümumi nəticədə üstün olmağı bacardıq.

- "Neftçi"nin ikinci hissədə bəxtinin gətirdiyini demək olar?
- Demək olar. Onlar hücum edirdilər. Biz də dayanmadıq, sonadək mübarizəni davam etdirdik. Bizim üçün finala çıxmaq çox vacib idi. Buna da nail olduq.

- Komandanızın fasilədən sonra belə zəif çıxış etməsinin səbəbi nədir?
- Əsas nəticədir. Başa düşürdük ki, irəli atılsaq, baxımlı futbol oynamağa çalışsaq, müdafiə xəttimiz üçün problemlər arta bilər. Ona görə də hamımız arxa xəttə kömək etməyə çalışırdıq.

- Finaldakı rəqibiniz "Qarabağ"dır...
- Final oyununa hələ çox vaxt var. İndidən bu görüşü müzakirə etmək tezdir. Qarşıda vacib çempionat oyunları var. Onlara köklənmək lazımdır. İstənilən halda finalda bizi gərgin oyun gözlədiyi məlumdur. "Qarabağ" çox güclü komandadır.

- Qarşıdakı çempionat oyununuz da bu komandaya qarşı olacaq. Bu matçı final öncəsi məşq saymaq olar?
- Xeyr, final tam fərqli olacaq. Orada başqa emosiyalar olur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.