22 aprel 2015 18:00
Elias: Xəzər Lənkəran borcu ödəmədiyinə görə, FİFA-ya müraciət etməli oldum
"Xəzər Lənkəran"ın sabiq yarımmüdafiəçisi, hazırda Braziliyanın "Fortaleza" klubunda çıxış edən Elias Ribeyru bəyan edib ki, cənubluların ona borcu qalıb. Azerisport.az xəbər verir ki, Braziliya mətbuatına açıqlamasında o, bunları söyləyib:
"Onlar qalan borcu mənə ödəmək istəmirdilər. Bu üzdən də həmin pulu almaq üçün FİFA-ya müraciət etmək məcburiyyətində qaldım".
Qeyd edək ki, bu, son dövrlər cənub klubunda ilk belə hal deyil. "Ağ-yaşıllar"ın sabiq futbolçusu Deyan Blajevski də borc ödənilmədiyinə görə, FİFA-ya müraciət ünvanlamışdı.
