22 aprel 2015 17:15
"Qəbələ Avroliqa oyununa ev sahibliyi edib, kubokun finalını da keçirər"
Qəbələ şəhər stadionunun direktoru Mehman Qambayev Azərbaycan Kubokunun finalı çərçivəsində "Qarabağ" - "Neftçi" görüşünün onlara həvalə edilməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Şadam ki, belə bir oyun bizim şəhərimizdə keçiriləcək. Təşkilatçılıq baxımından heç bir problem olmayacaq. Ötən il biz bu arenada Avropa Liqasının oyununu keçirmişik. Azərbaycan Kubokunun final matçını da keçirə bilərik. Arenanın tam dolacağına da əminəm. Klubumuzun son uğurları azarkeşlərin futbola marağını artırıb. "Neftçi" və "Qarabağ" azarkeşlərini də gözləyəcəyik".
