22 aprel 2015 17:00
Azərbaycan Kubokunun finalı ikinci dəfə Bakıdan kənarda baş tutacaq
Azərbaycan Kubokunun finalı ikinci dəfə Bakıdan kənarda baş tutacaq. Azerisport.az xəbər verir ki, ilk dəfə "Şəfa" ilə "Neftçi" 2001-ci ilin ölkə kubokunun final matçını Sumqayıtda keçirmişdi.
"Mehdi Hüseynzadə"də keçirilmiş görüşdə "Şəfa" 2:1 hesabıyla üstün olmuşdu.
Bu il isə ikinci dəfə final matçı paytaxtda baş tutmayacaq. Belə ki, finala vəsiqə qazanmış "Qarabağ"la "Neftçi" Qəbələdə üz-üzə gələcək.
