22 aprel 2015 16:45
Botevin oyunçusu Qarabağa gəlir?
Bolqarıstanın "Botev" klubunun yarımmüdafiəçisi Marian Oqnyanov Azərbaycanda çıxış edə bilər. Azerisport.az xəbər verir ki, belə bir iddia ilə bolqar jurnalistlər çıxış ediblər.
Onunla hansı klubumuzun maraqlandığı dəqiq göstərilmir. Amma bildirilir ki, Azərbaycandan olan menecerlər Oqnyanovun Sofiya ÇSKA-sı ilə oyunda izləməyə imkan tapıblar. 26 yaşlı xavbekin "Botev"lə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Belədə azad agentə çevriləcək futbolçu istədiyi kluba keçmək şansına malik olacaq. Marianın əvvəlki klubu "Levski" də onu geri qaytarmaq üçün çalışır.
Xatırladaq ki, Bolqarıstan mətbuatı daha öncə Oqnyanovla "Qarabağ"ın maraqlandığını bəyan etmişdi.
