22 aprel 2015 15:45

Maksim Medvedev: Finalın Qəbələdə yox, Bakcell Arenada keçirilməsini istərdim

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi

- "Simurq"la oyunu necə şərh edə bilərsiniz?
- Çətin oyun oldu. "Simurq" üçün bu, Avropa Liqasına vəsiqə qazanmaq baxımından son şans idi. Demək olar ki, biz onları bu şansdan məhrum etdik. Şadam ki, finala yüksəldik.

- "Qarabağ"ın daha çox qol buraxmamaq haqda düşündüyünü demək olar?
- Oyundan öncə baş məşqçi qələbəyə oynamağı tapşırmışdı. Çünki heç-heçəyə oynayacağımız halda hər an qol buraxmaq təhlükəsi olacaqdı. Bu üzdən qol vurmağa çalışırdıq. Bizim kifayət qədər təcrübəli futbolçularımız var və onlar matçın tempini nə vaxt aşağı salacaqlarını, nə vaxt artıracaqlarını yaxşı bilirlər. Qol buraxmamağımız da yaxşı oldu.

- "Simurq" iddia edir ki, onların təmiz qolu hesaba alınmayıb...
- Onların belə bir hüququ var. Necə ki, biz də Milan "İnter"i ilə oyundakı təmiz qolumuzun qeydə alınmamasına etiraz edirdik. Lakin artıq hər şey geridə qalıb.

- Bəs siz nə düşünürsünüz?
- Düzünü desəm, həmin epizodda oyundankənar vəziyyət olduğunu düşünürəm. Oyundan sonra bir neçə dəfə təkrara baxdım. Samir Zərgərov ötürmə zamanı topa toxunuş edir. Oyundankənar vəziyyətə də düşən məhz odur. Əgər Zərgərov olmasaydı, Draqan Çeranın qoli qaydalar çərçivəsində vurulduğundan sayılacaqdı. Bunu təkrara baxdıqdan sonra müəyyənləşdirdim. Amma oyun zamanı elə bilirdim ki, təmiz qoldur.

- İstənilən halda "Qarabağ" finalda "Neftçi" ilə qarşılaşacaq...
- Hazırlaşacağıq. Qələbə qazanmaq istəyirik. Bizim kubokla bağlı böyük istəyimiz var.

- Oyunun Qəbələdə keçirilməsi ilə bağlı nə deyə bilərsiniz?
- Buna sevinmədim. "Bakcell Arena"da keçirilməsi daha yaxşı olardı. Toplanıb, Qəbələyə getməli olacağıq. Mövsümün sonunda bu, çox yorucu olur. "Bakcell Arena" "Neftçi"nin doğma stadionu olsa da, onlarla bu arenada məmnuniyyətlə oynamaq istərdim.

- Elə növbəti turda sizi "Neftçi" ilə çempionat oyunu da gözləyir...
- Bizim kimi, rəqibimiz də kubok oyunundan sonra yorğun olacaq. Hər iki komanda süni örtüklü meydanda oynayıb. Şanslar bərabərdir. Əla qarşılaşma olacaq. Turnir cədvəli baxımından da bu görüş bizim üçün çox vacibdir.

- Yeri gəlmişkən, "Qəbələ"nin futbolçularından onların Avropa Liqasına yolunu açdığınız üçün sizə təşəkkür edən olmayıb?
- (gülür) Hələ heç kim zəng etməyib. Oyundan öncə Ruslan Abışov bizə azarkeşlik edəcəyini demişdi. Amma "Simurq" nəzəri baxımdan hələ də dördüncü yeri tuta bilər. Amma real baxsaq, çempionatın son turlarında uğurlu çıxış edən "Qəbələ"nin avrokuboklarda oynayacağı məlumdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.