22 aprel 2015 14:30
Draqan Çeran: Favoritlərlə oyunlarımızın hamısında belə hakimliklə üzləşirik
"Simurq"un yarımmüdafiəçisi Draqan Çeran Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyununu (0:0, ilk oyun 0:1) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Milan "İnter"i ilə oyundakı qolun sayılmamasına görə necə ağladığını gözəl xatırlayıram. Bu da başadüşülən idi, çünki oyunçular meydanda var güclərini qoymuşdular.
Amma biz Zaqatalada güclü komandalara qarşı keçirdiyimiz bütün oyunlardan sonra ağlayırıq. Niyə belə etdiklərini bilmirəm. Həmişə belə hakimliklə üzləşirik. Fakt ondadır ki, favorit sayılmayan komandalarla oyunlarımızda belə hallarla üzləşmirik".
